Mühərrik-Yanacaq SİSTEMİ
Mühərrik yanacaq sistemi - yanacaq çəni, filtr, təzyiq tənzimləyici, yanacaq paylayıcı boru, injektorlar və yanacağı bu hissələrə ötürən borulardan ibarətdir.
Yanacaq çəni uzun müddətli boş və ya yarıdan az yanacaqla istifadə edildikdə kondensasiya nəticəsində su yığılır və yanacaq sistemində nasazlıqlara səbəb olur (ətraflı – nasazlıqların yaranma səbəbi hissəsində ) Aşağıdakı şəkildə bu prosesi izləmək mümkündür:
- İnjektor yerləşmə yeri mühərrik
- 3-cü takt yüksək temperatur ( 4 taktlı mühərriklər)
- Nisbətən aşağı temperatur yanacağın geri dönüşü (çəhrayı rəng)
- Çəhrayı rəng yanacaq çəninə daxil olan hissə (aşağı temperatur)
- Yanacaq çəninə injektorun geri dönüşündən daxil olan yanacaq, çəndə olan yanacağa nisbətən yüksək temperaturda olur.
- Bu zaman temperaturlar fərqi yaranır və buxar əmələ gəlir (misal olaraq, soyuq havada insanların ağız və burun boşluğundan çıxan par)
- Yanacaq çəninin üst qatının atmosferlə birbaşa əlaqədə olmasını nəzərə alsaq bu zaman atmosfer temperaturunun da bu prosesə birbaşa təsiri olur.
- Yanacaq çənində yaranan buxarın xaric olunması üçün çənin üst hissəsində, yanacaq doldurma borusundan üst hissədə yerləşdirilmiş xaric olma borusu vasitəsi ilə atmosferə və ya mühərrikin hava sorma kollektoruna buraxılır (dizel mühərriklərdə atmosferə, benzin mühərriklərdə mühərrikə).
- Buxarın xaric olunma borusu və ya xəttində hər hansısa nasazlıq olarsa, bu zaman yaranan buxar xaric ola bilmir və atmosfer temperaturunun dəyişməsi nəticəsində (gecə, gündüz) buxarın mayeyə keçmə prosesi yəni, kondensasiya baş verir.
- Kondensasiya buxarın mayeyə keçməsidir (çaynikdən buxar halında çıxan parın divar səthində mayeyə çevrilməsi). Bu halda buxar suya çevrilir.
- Fizikadan məlumdur ki, suyun sıxlığı yanacağın sıxlığından çoxdur. Belə ki, su yanacaq çəninin alt hissəsinə çökür və yanacaq sisteminə daxil olur. Yanacaq filtri daxil olan suyun sürücü məlumat panelində əks etdirir (bəzi hallarda yanacaq filtri üzərindəki su tutucu sensor nasaz olur və sürücülər buna diqqət etmir).
Yanacaq filtri daxil olan suyu özundə saxlama müddəti belə ki, zamanında dəyişdirilməsə tədricən yanacaq pompası və injektorlara ötürülür. Bu zaman yanacaq sistemində ciddi nasazlıqlar baş verir. Aşağıdakı şəkildə suyun yanacaq xəttinə keçməsini əyani olaraq görmək mümkündür.