Qurum filtri (DOC, DPF, SCR, Katalizator)
Texnologiya inkişaf etdikcə ətraf mühitə neqativ təsirlərin artması müşahidə edilir. Bu zaman ekoloji balansın qorunması üçün mühərriklərdən çıxan zəhərli qazların atmosferə təsirinin qarşısını almaq üçün tədbirlər həyata keçirilməyə başladı. Mühərriklərin emissiya səviyyələrinə görə EURO 1,2,3,4,5,6 olaraq adlar verilib və hər bir artan ardıcıllıqda mühərrik sistemləri daha da inkişaf etdirilib.
Nəticə olaraq çıxan zəhərli qazların miqdarı azaldılaraq atmosferin qorunmasını təşkil ediblər. Burda birinci əsas məqam emissiya sisteminin zavod tərəfindən hazırlanması, ikinci daha ciddi məqam isə həmin nəqliyyat vasitəsini, texnikanı, aqreqatı istifadə edən şəxsdən asılı olması idi. Mühərrik sistemlərinə istehsalçı tərəfindən tələb olunan servis işləri vaxtı-vaxtinda icra edilməlidir. Əks halda nasazlıqlar yaranır və mühərrikdən xaric olan qazların atmosferə neqativ təsiri artır. Atmosferin zəhərli qazlarla çirklənməsi təbiətdə canlı olan nə varsa onların qısa ömürlü olmasına səbəb olur.
Belə ki, mövzu mühərrikdən xaric olan qazların istehsalçı parametrlərinə nəzarət, onların yoxlanılması və nasazlığın aradan qaldırılmasıdır.
Mühərrikdən DOC-a: Mühərrikdən çıxdıqdan sonra işlənmiş qazlar əvvəlcə Dizel Oksidləşmə Katalizatoruna daxil olur.
DOC Mərhələsi: Burada karbon monoksit (CO) və karbohidrogenlər (HC) kimi zərərli qazlar daha az zərərli karbon dioksid (CO2) və suya (H2O) oksidləşir. Bu proses həmçinin işlənmiş qazın temperaturunu artırır və sonrakı DPF mərhələsində kömək edir.
DPF Mərhələsi: Qızdırılan qazlar daha sonra Dizel Qurum Filtrinə axır, burada his və qurumlar tutulur və regenerasiya zamanı vaxtaşırı yandırılır.
SCR Mərhələsi: Hissəciklərin filtrasiyasından sonra qazlar Seçici Katalitik Azaltma qurğusuna keçir. Yuxarıdakı şəkildən göründüyü kimi zəhərli qazlar atmosferə buraxılmazdan öncə 1 neçə hissədən keçərək zəhərlilik miqdarı aşağı salınır. Bu baxımdan mühərriklərdən çıxan qazların zavod normativində olması üçün mütləq yoxlanılmalı hissələr aşağıda qeyd edilib:
- Yanacaq çəninin təmizliyi
- Yanacaq filtrlərin vaxtında dəyişdirilməsi
- Yanacaq injektorlarının stendi
- Yüksək təzyiqli nasosun stendi
- Hava filtrinin vaxtında dəyişdirilməsi
- Hava borularının vəziyyətinin yoxlanılması
- Hava soyuducu radiatorun yoxlanılması və təmizlənməsi
- Turbokompressorun vizual yoxlanılması
- Hava xətti üzərində olan ölçü sensorlarının təmizliyi (temperatur, təzyiq)
- Hava giriş kollektorunun təmizlənməsi
- EGR yoxlanılması və təmizlənməsi
Qeyd olunan hissələr zamanında servis olunmasa, mühərrikin çıxış hissəsində ciddi nasazlıqlar olacaq. Bu halda mühərrikin sıradan çıxmasına kimi gətirib çıxarda bilər.
- Baxış sayı: 4
- Şərh sayı: 0
Qonaqlar bu nəşrə şərh yaza bilməz.